...

Məlahət Abbasova Xocalı soyqırımını dünyaya çatdırmaq arzusundadır

Cəmiyyət Materials 22 İyul 2008 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /TrendLife müxbir Z.Rüstəmova

"Peşəm rejissorluq olduğundan ilk ekran işimi reallaşdırmağı düşünürəm. Bu mənim hələ neçə il öncə planlaşdırdığım arzularımdandır. Film Xocalı soyqrımına həsr olunacaq. Mənə elə gəlir ki, məlum hadisələri təfərrüatı ilə dünyaya çatdırmaq üçün bu film böyük rol oynayacaq". Bu sözləri TrendLife-a hazırda Bakıda uşaqları ilə birlikdə dincələn aktrisa Məlahət Abbasova deyib. Onun fikrincə, yəhudilər öz genosidlərini lobbinin hesabına dünyaya çatdırdıqları kimi, azərbaycanlılar da, Xocalı facicənin təbliğatı ilə geniş məşğud olmalıdırlar.

Öyrəndik ki, filmin çəkilişlərinin Qarabağa yaxın ərazilərdə aparılması və ekran işidən kütləvi səhnələrin yer alması aktrisanın kino layihəsinə daxildir. Məlahət xanımın əlavəsinə görə, bunun üçün ona həmyerliləri tərəfindən dəstək lazımdır: "Mən filmin ekran tərəfini düşünürəm. Amma ssenari yazmaq mənim peşəmə daxil deyil. Bu işi daha yaxşı yazıçılar bacararlar. Düşünürəm ki, bir neçə yazıçı bir araya gəlib sanballı əsər meydana çıxara bilərlər".

Aktrisadan layihə ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdiyini soruşanda o, hələ gözləmə mövqeyində olduğunu bildirdi. Söylədi ki, hələ planında dəqiqləşdirə bilmədiyi bəzi məqamlar durur. Bunun həllindən sonra o, kino işini gerçəkləşdirəcək. M.Abbasova ekran işində sənədli kadrlardan da istifadə etməyi düşünür.

Xəbər lenti

Xəbər lenti