...

Azərbaycan İspaniya idmançılarının qanında aşkarlanmış dopinqlə bağlı sona qədər mübarizə aparacaq – Federasiyanın vitse-prezidenti

Cəmiyyət Materials 22 İyul 2008 15:32 (UTC +04:00)
Azərbaycan İspaniya idmançılarının qanında aşkarlanmış dopinqlə bağlı sona qədər mübarizə aparacaq – Federasiyanın vitse-prezidenti

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir R.Erqün/ İspaniya mətbuatının Bakıda qadın otüstü hokkeyçilər arasında keçirilən beynəlxalq turnirin təşkilatçılığı haqda yazdıqları həqiqəti əks etdirmir. "Biz İspaniya yığma komandasının Bakıda keçirilən turnir haqda iddiaları ilə qətiyyən razılaşmırıq. Onlar iddia edirlər ki, güya Bakıda onların yeməklərinə və sularına nə isə qatmışıq", - çərşənbə axşamı Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) keçirilən mətbuat konfransında Azərbaycan Otüstü Hokkey Federasiyasının vitse-prezidenti Namiq Əliyev deyib.

Trend -un arayışı: Bu ilin aprel ayında Bakıda qadınlar arasında keçirilən otüstü hokkey üzrə beynəlxalq turnirin final oyununda İspaniya yığma komandası Azərbaycan millisini 3:2 hesabı ilə məğlub edib. Bu oyundan sonra İspaniya yığmasının iki oyunçusunun qanında aparılan dopinq-test müsbət nəticə verib.

Mətbuat konfransında Əliyevlə yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Dopinq sektorunun müdiri İradə Rüstəmzadə də iştirak ediblər.

Rüstəmzadə deyib ki, onun İspaniya idmançılarının qanında aşkarlanan dopinqlə bağlı məlumatları çoxdur. "Amma mənim bu məsələ barədə açıqlama vermək səlahiyyətim yoxdur", - deyə Dopinq sektorunun müdiri əlavə edib.

İsmayılov isə bildirib ki, Azərbaycan tərəfi Beynəlxalq Otüstü Hokkey Federasiyasının dopinq məsələsində obyektiv və düzgün qərar çıxaracağına inanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti