...

Azərbaycan Voleybol Federasiyası baza tikilməsinə kömək üçün ölkə prezidentinə müraciət edəcək – yığma komandanın baş məşqçisi (video)

Cəmiyyət Materials 22 İyul 2008 17:55 (UTC +04:00)
Azərbaycan Voleybol Federasiyası baza tikilməsinə kömək üçün ölkə prezidentinə müraciət edəcək – yığma komandanın baş məşqçisi (video)

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycan Voleybol Federasiyası (AVF) baza tikilməsinə kömək üçün ölkə prezidenti İlham Əliyevə müraciət edəcək. "Cənab prezidentdən xahiş edəcəyik ki, baza tikmək üçün yer ayırmaq məqsədiilə idmana yaxın olan nazirlərə göstəriş versin", çərşənbə axşamı AVF-da keçirilən mətbuat konfransında qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandasının və "Azərreyl" klubunun baş məşqçisi Faiq Qarayev deyib.

Qarayev bildirib ki, voleybol klublarında iş düzgün qurulsa, yığma komanda daha da güclü olar. "Voleybolda da, futbolda olduğu kimi, çoxlu pul olsaydı, yəqin bütün problemlərimiz həll olunardı", - deyə baş məşqçi əlavə edib.

Mətbuat konfransında iştirak edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək deyib ki, Azərbaycan voleybolunun iki əsas problemi var: "Birincisi baza, ikincisi isə maliyyə problemidir. Yeni bazanın tikilməsi çox vaxt tələb edir. Odur ki, başqa variantlardan istifadə etməliyik. Maliyyə probleminə gəlincə, bu gün Azərbaycanda pul var. Sadəcə, pul xərcləmək istəyən şəxslərin əllərində hüquqi sənədlər yoxdur".

MOK rəsmisi Qarayevə müraciətlə bildirib ki, Voleybol Federasiyası problemləri həll etmək üçün təkliflər paketi hazırlamalıdır.

Xəbər lenti

Xəbər lenti