...

Azərbaycan gimnastları Dünya kubokunun mərhələ yarışlarında iştirak edəcəklər

Cəmiyyət Materials 23 İyul 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir R.Ergün/ Pekin Olimpiadasında iştirak edəcək Azərbaycanın bədii gimnastları Dünya kubokunun mərhələ yarışında mübarizə aparacaqlar. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

İyulun 25-26-da Rusiyanın İrkutsk şəhərində keçiriləcək Dünya kubokunun mərhələ yarışında Azərbaycanı Pekin Olimpiadasının iştirakçıları olan Aliyə Qarayeva və Dinarə Gimatova təmsil edəcəklər.

Azərbaycanın Olimpiya yığma komandasının digər üzvləri - Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina qrup komandaları arasında iyulun 25-26-da keçiriləcək Dünya kubokunda iştirak etmək üçün Bolqarıstanın Varna şəhərinə gedəcəklər.

Bədii gimnastika üzrə Dünya kubokunun səkkizinci mərhələsi Qazaxıstanda keçirilib. Azərbaycanı bu yarışda təmsil edən Anna Qurbanova 26 iştirakçı arasında 11-ci yeri tutub. Müsabiqədənkənar proqramda çıxış edən Zeynəb Cavadlı isə üçüncü olub.

Xəbər lenti

Xəbər lenti