...

Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Türkiyədəki təlim-məşq toplanışından razı qalıb

Cəmiyyət Materials 23 İyul 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Rasim Kara komandanın Türkiyədə keçdiyi təlim-məşq toplanışından razı qalıb. "Komandamızın hazırlıq prosesində narazı qala biləcəyi heç nə olmadı. "Qarabağ"la müqavilə bağlayan yeni futbolçulardan da razıyam", çərşənbə günü Trend -a Kara deyib.

"Qarabağ" klubu Türkiyədə keçdiyi təlim-məşq toplanışını dünən başa vuraraq, Bakıya qayıdıb. Komandanın Qızılcahamamda keçdiyi hazırlıq prosesi 21 gün davam edib.

Azərbaycan klubu hazırlıq prosesində üç yoxlama oyunu keçirib - bir məğlubiyyət, iki heç-heçə.

Kara komanda üzvləri ilə Bakıya qayıtmayaraq, Türkiyədə qalıb. Baş məşqçi Azərbaycana iyulun 25-də qayıdacağını bildirib.

Türkiyəli baş məşqçi bildirib ki, "Qarabağ" klubu hücumçu mövqeyində çıxış edən futbolçu axtarışındadır. "Türkiyədə olanda üç futbolçu ilə müqavilə bağlamışıq. İndi bir hücumçuya ehtiyacımız var. Yaxın günlərdə səviyyəli bir futbolçu ilə müqavilə bağlamağı planlaşdırmışıq", - deyə Kara əlavə edib.

Kara Azərbaycanda "Qarabağ"dan əvvəl "Xəzər-Lənkəran" klubunun baş məşqçisi olub. Onun rəhbərliyi altında "Qarabağ" komandası Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə beşinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti