...

Bəstəkar Siyavuş Kərimi Azərbaycandan inciyib

Cəmiyyət Materials 23 İyul 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /TrendLife müxbir Nigar Musayeva/

Tanınmış bəstəkar Siyavuş Kərimi öz əsərlərindən ibarət disk buraxıb, Azərbaycanda yaymaq fikrində deyil. Çünki ölkədə müəllif hüquqları qorunmur. "Mən artıq belə bir problemlə qarışlaşmışam, bununla əlaqədar müəllif hüquqlarının müdafiəsi ittifaqına müraciət etmişəm. Lakin onlar tərəfdən heç bir ölçü götürülməyib. Və görəndə ki, piratlara qarşı heç bir tədbir görülmür, qərara aldım ki, mənim albomum Azərbaycanda satılmasın". Bu sözləri TrendLif-a bəstəkar özü söyləyib.

Sözünə əməl edən bəstəkar 2007-ci ildə Avropada "Trans-Atlantic non-stop" albomunu buraxıb. Lakin hələ də bu albom Bakıya gəlməyib. Heç gəlməyəcək də...

Bəstəkar özü də gözəl bilir ki, həmyerlilərimiz onun yeni mahnılarını dinləmək arzusundadırlar. Lakin həmin albom Bakıya gəlsə, piratlar diskin surətini çıxarıb, hər yerdə satmağa başlayacaqlar. Ona görə də disk yalnız Avropada satılır.

"Məncə dövlət, hüquq mühafizə orqanları və digər strukturlar bu işlə ciddi məşğul olmalıdırlar. Qanun olsa da, işləmir",-deyən bəstəkar sözünə yekun vurub.

Xəbər lenti

Xəbər lenti