...

Azərbaycanın abidələri YUNESKO-nun siyahısını artırmağa davam edəcək

Cəmiyyət Materials 30 İyul 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul/Trend Life, müxbir Eldar Hüseynzadə/

Naxçıvanın ziyarətgahları və Şəkinin tarixi - memarlıq abidələri Azərbaycanın YUNESKO-nun mədəni irs siyahısına daxil edilmək üçün irəli sürəcəyi növbəti yerlər olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva TrendLife-a bildirib ki, bununla əlaqədar rəsmi sənədləşdirmənin hazırlanması üzrə iş aparılır. Hazırda YUNESKO -nun siyahısına Azərbaycan mədəniyyətinin İçəri Şəhər və Qobustan kimi abidələri daxildir.

Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) 1945 - ci il noyabrın 16 - da yaradılıb. Onun mənzil - qərargahı Parisdə (Fransa) yerləşir. Təşkilatın dünyanın müxtəlif yerlərində 67 büro və bölməsi var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti