...

Azərbaycanda ilk kurqan aşkar olunub

Cəmiyyət Materials 31 İyul 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 31 iyul / Trend , müxbir A.Qafarov/ Xaçmazın Sərçərli kəndi ərazisində kurqan aşkar edilib. Kurqan eramızdan əvvəl təxminən 2000-ci ilin son tunc-dəmir dövrünə aiddir. Kurqanın şimal-qərb hissəsindən üç insan skeleti tapılıb. Skeletlərdən birinin uzunluğu 182-190 sm-yə bərabərdir, digər ikisi isə uşaq skeletləridir. Kurqanda qazıntı işləri 4 gündür aparılır. Qazıntı işlərinə rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının Çöl tədqiqat işləri şöbəsinin elmi işçisi, tarix elmləri namizədi Döyüş Musayevin verdiyi məlumata görə, bu, Azərbaycanda aşkar edilən ilk kurqandır və qazıntı işləri nəticəsində insan skeletlərinin sayının artacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti