...

Azərbaycanda ali təhsil müəssisələrinə daxil olmuş abituriyentlərin adları açıqlanıb

Cəmiyyət Materials 6 Avqust 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust/ Trend , müxbir C.Babayeva/Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) çərşənbə günü ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin adlarını açıqlayıb. TQDK-nın saytında yerləşdirilmiş nəticələr "Abituriyent" jurnalının beşinci sayında dərc olunacaq. Bu barədə çərşənbə günü TQDK-dan Trend -a məlumat veriblər.

Cari ildə ayrılmış 28132  plan yerinə 26571  abituriyent qəbul olmuşdur. Məlumatda bildirilir ki, qəbul planı 94,5 % dolub.  Ali məktəblərə qəbul olanlar avqustun 11-dən 21-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməlidirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti