...

Şahmat üzrə Qran-Pri yarışının son turu azərbaycanlı idmançılar üçün uğursuz olub

Cəmiyyət Materials 13 Avqust 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir R.Ergün/ Rusiyanın Soçi şəhərində şahmat üzrə keçirilən FİDE-nin Qran-Pri yarışının 11-ci turu azərbaycanlı idmançılar üçün uğurla nəticələnməyib.

Qran-Pri yarışının 11-ci turunda ukraynalı şahmatçı Vasili İvançukla görüşən Teymur Rəcəbov rəqibi ilə xallarını yarı bölüb.

Rəcəbovdan fərqli olaraq, Azərbaycanın digər şahmatçısı Vüqar Həşimov rusiyalı idmançı Dmitri Yakovlenko ilə görüşdə məğlub olub.

FİDE Qran-Prisinin 11 turundan sonra Rəcəbovun hesabında 6,5, Həşimovun isə 6 xalı var. Turnir cədvəlinə hesabında 7 xalı olan erməni şahmatçısı Levan Aronyan başçılıq edir.

Növbəti turda Rəcəbov Aronyanla, Həşimov isə amerikalı şahmatçı Qata Kamski ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti