...

Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi bu gün klub məşqçiləri ilə görüşüb

Cəmiyyət Materials 13 Avqust 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts bu gün klub məşqçiləri ilə görüşüb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

AFFA-nın binasında keçirilən görüşdə Foqts, klubların baş məşqçiləri ilə yığma komandanın üzvü olan futbolçuların fiziki hazırlıqlarının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

AFFA-nın Baş katibi Elxan Məmmədov görüşdə iştirak edib.

Azərbaycan yığma komandası bu ilin avqustun 20-də səfərdə İslandiya millisi ilə yoxlama oyunu keçirəcək.

Xəbər lenti

Xəbər lenti