...

Azərbaycanda yaşayan yəhudilər özlərini evlərində olduğu kimi hiss edirlər – ABŞ Yəhudi Komitəsinin icraçı direktoru (video)

Cəmiyyət Materials 14 Avqust 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust/ Trend , müxbir C.Babayeva/ Azərbaycandakı yəhudi icması çox yaxşı şəraitdə yaşayır və burada yaşayan yəhudilər özlərini evlərində olduğu kimi hiss edirlər, ABŞ-ın Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris cümə axşamı Bakıda jurnalistlərə bildirib.

"Bizim Azərbaycandakı yəhudi icması ilə yaxşı münasibətlərimiz var. Azərbaycan tolerant ölkədir və bu sahədə Azərbaycan və ABŞ arasında çox möhkəm münasibətlər var", - Harris bildirib.

Onun sözlərinə görə, ABŞ-da hesab edirlər ki, Azərbaycan onlar üçün çox vacib ölkədir.

Harris ölkə prezidentinin dəvəti ilə Azərbaycandadır. İkigünlük səfər zamanı o, Azərbaycan prezidenti, XİN rəhbəri, Baş nazir və digər dövlət nümayəndələri ilə görüşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti