...

Azərbaycanın "Olimpik" klubu Gürcüstandan olan futbolçunu baxışdan keçməyə dəvət edib

Cəmiyyət Materials 22 Avqust 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" klubu Gürcüstandan olan futbolçu Revaz Ketxadzeni baxışdan keçməyə dəvət edib. Bu barədə cümə günü Trend -a "Olimpik" klubunun mətbuat xidməti məlumat verib.

Ketxadze Bakı klubunun düşərgəsinə Gürcüstanın "Olimpi" komandasından gəlib. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçunun 25 yaşı var.

Mətbuat xidmətinin məlumatına görə, baxışdan keçmək üçün "Olimpik"ə daha bir neçə futbolçunun dəvət olunacağı gözlənilir.

"Olimpik" futbol üzrə Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə ikinci yeri tutub.

Komandanın baş məşqçisi Əsgər Abdullayevdir.

Xəbər lenti

Xəbər lenti