...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun vitse-prezidenti istefa verib (video)

Cəmiyyət Materials 27 Avqust 2008 17:19 (UTC +04:00)
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun vitse-prezidenti istefa verib (video)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Premyer-Liqasında çıxış edən "Xəzər-Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov vəzifəsindən istefa verib. "Klubun adının hallandığı maliyyə fırıldağına və xoşəgəlməz hadisələrə görə istefa verdim. Bu gündən klubdakı fəaliyyətimi dayandırıram" - çərşənbə günü Trend -un Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi brifinqdə Nadirov bildirib.

Trend -un arayışı: "Xəzər-Lənkəran" klubunu Türkiyədə fəaliyyət göstərən məhşur iş adamı Mübariz Məsimovun rəhbərlik etdiyi "Palmali" Şirkətlər Qrupu maliyyələşdirir. Klub ötən 2007-2008-ci il futbol mövsümundə Azərbaycan kubokunun qalibi olub və UEFA kubokunda çıxış etmək hüquqi qazanıb. "Xəzər-Lənkəran" ilk mərhələdə Polşanın "Lex" klubuna hər iki oyunda uduzub.

Nadirov qeyd edib ki, baş verən hadisələr klubun imicinə zərbə vurur. Onun sözlərinə görə, vitse-prezident olduğu müddətdə klubun prezidenti Mais Məsimov və fəxri prezidenti Mübariz Məsimov onun işləməsinə hər cür şərait yaradıblar.

"İstefa verməyim klubun prezidenti və fəxri prezidenti ilə razılaşdırılıb. Onlar əvvəlcə istefamı qəbul etmək istəməsələr də, sonradan bununla razılaşdılar. "Xəzər-Lənkəran"-dan getmək istəyəni saxlamırlar", - deyə o əlavə edib.

Nadirov bildirib ki, klubda baş verən son hadisələr işdə yol verdiyi boşluqla bağlıdır.

"Belə hadisələrin olmaması üçün işdə boşluğa imkan verməməliydim" - keçmiş vitse-prezident deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti