...

Azərbaycanlı futbol məşqçisi rəqiblərin oyununu izləmək üçün Rusiyaya gedəcək

Cəmiyyət Materials 29 Avqust 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının məşqçisi Nazim Süleymanov sentyabrın 10 -da keçiriləcək Rusiya - Uels oyununu izləmək üçün Moskvaya gedəcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Rusiya və Uels komandaları 2010 - cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparacaq. Süleymanovun bu oyunu izləməsində məqsəd, Rusiya millisi ilə bağlı ətraflı məlumat toplamaqdır.

Azərbaycan yığması sentyabrın 6 - da səfərdə Uelslə görüşəcək. Sentyabrın 10 - da isə, Azərbaycan Bakıda Lixtenşteyn komandası ilə oynayacaq.

Azərbaycanlı futbolçuların Rusiya komandası ilə görüşü 2009 - cu ildə keçiriləcək.

Azərbaycan yığma komandasının baş məşqçsi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti