Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir R.Erqün/ Bu gün Pekin Olimpiadasında uğur qazanan idmançılara Azərbaycanda fəaliyət göstərən müxtəlif şirkətlər tərəfindən mənzil, maşın və pul mükafatları təqdim olunub.
Olimpiya çempionu Elnur Məmədliyə müxtəlif şirkətlər tərəfindən 2 maşın hədiyyə edilib.
Medal qazanan idmançılara, həmçinin, mənzil hədiyə olunub.
Azərbaycanlı idmançılar Pekin Olimpiadasında 7 medal -- bir qızıl, iki gümüş, dörd bürünc - qazanıblar. Olimpiadada uğur qazanan idmançılara bir neçə gün əvvəl dövlət tərəfindən 400 min, Milli Olimpiya Komitəsi tərəfindən - 200 min maqnat mükafat verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]