...

Futbol üzrə Azərbaycan yığma komandasının yeni məşqçisinin adı məlum olub

Cəmiyyət Materials 3 Sentyabr 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının yeni məşqçisi almaniyalı Olaf Yansen təyin olunub. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Yansen Azərbaycan yığmasında bir neçə gün əvvəl "Neftçi" klubunun baş məşqçisi təyin olunan almaniyalı Hans Yurgen Gedeni əvəzləyib.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur. Yığma komanda onun rəhbərliyi altında sentyabrın 6 -da səfərdə Uels, sentyabrın 10 - da Bakıda Lixtenşteyn millisi isə oynayacaq.

Hər iki görüş 2010 -cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti