...

Azərbaycanlı şahmatçı "Böyük dəbilqə" turnirində növbəti dəfə heç-heçə edib

Cəmiyyət Materials 4 Sentyabr 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirdə keçirdiyi ikinci görüşdə də heç-heçə edib.

Hindistanlı qrossmeyster Vişvanatan Anandla qarşılaşan Rəcəbov rəqibi ilə xallarını yarı bölüb.

"Böyük dəbilqə" turnirinin reqlamentinə görə, qələbə qazanan şahmatçıya üç, heç-heçə edənə isə bir xal verilir.

İki turdan sonra turnirdə birinci yeri hesabında dörd xal olan norveçli Maqnus Karlsen tutur. Rəcəbov iki xalla 2-4-cü yerləri bölüşdürür.

Azərbaycanlı şahmatçı üçüncü turda ukraynalı Vasili İvançukla görüşəcək.

Turnirdə birinci yeri tutan şahmatçıya 150 min avro mükafat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti