...

Ermənistan – Türkiyə futbol oyununu Türkiyənin birinci kanalı canlı yayımlayacaq

Cəmiyyət Materials 4 Sentyabr 2008 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə DÇ-2010 -nun seçmə mərhələsi çərçivəsində keçiriləcək və hazırda bütün dünyanın diqqət mərkəzində olan Ermənistan - Türkiyə oyununu Türkiyənin TRT1 kanalı canlı yayımlayacaq.

Ermənistanla Türkiyə arasındakı görüş sentyabrın 6 -da Yerevanda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21.00 -da başlayacaq.

Türkiyənin prezidenti Abdullah Gül də bu görüşü izləmək üçün Yerevana gedəcək.

Bir müddət əvvəl Yerevanda Ermənistanın və Türkiyənin gənclərdən ibarət yığma komandaları (U -21) görüşüblər. Oyun ermənilərin 2:1 hesablı qələbəsı ilə nəticələnib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti