...

Futbol üzrə Azərbaycan yığma komandası FİFA-nın reytinq cədvəlində irəliləyib

Cəmiyyət Materials 5 Sentyabr 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandası FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib. Bu, FİFA-nın növbəti dəfə reytinq cədvəlini açıqlamasından sonra məlum olub.

Reytinq cədvəlindəki sonuncu mövqeyi ilə müqayisədə bir pillə irəliləyən Azərbaycan millisinin hazırda hesabında 1361 xal var.

Azərbaycan yığması reytinq cədvəlində Türkiyə ilə 64-65-ci yerləri bölüşdürür.

FİFA qadın futbolçulardan ibarət yığma komandaların reytinq cədvəlini növbəti dəfə bu ilin dekabr ayında açıqlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti