...

"Böyük dəbilqə" turnirində iştirak edən azərbaycanlı şahmatçı məğlub olub

Cəmiyyət Materials 6 Sentyabr 2008 11:23 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada keçirilən "Böyük dəbilqə" beynəlxalq turnirində məğlub olub.

Rəcəbov norveçli Maqnus Karlsenlə görüşdə məğlub olaraq, turnirin qalibi olmaq şansını azaldıb.

Azərbaycanlı şahmatçı əvvəl keçirdiyi üç görüşün hamısında heç-heçə edib.

Dördüncü turdakı məğlubiyyətdən sonra hesabında üç xal olan Rəcəbov sonuncu yeri tutur.

Rəcəbov növbəti turda ermənistanlı qrossmeyster Levon Aronyanla qarşılaşacaq.

Turnirin mükafat fondu 400 min avrodur. Birinci yeri tutan şahmatçı 150 min avro mükafat qazanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti