Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 18,718 milyard manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 134,6 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 1,9 milyard manat və ya 11,3% çoxdur.
Qeyd edək ki, ümumilikdə ötən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.
