...

Küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib

Cəmiyyət Materials 2 Yanvar 2026 12:45 (UTC +04:00)
Küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Trend-ə Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti