...

2025-ci ildə Almaniyada 62 526 qanunsuz sərhəd keçidi qeydə alınıb

Dünya xəbərləri Materials 2 Yanvar 2026 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Almaniyaya 62 526 qanunsuz giriş halı qeydə alınıb.

Trend “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu rəqəm 2024-cü ildə 83 572, 2023-cü ildə isə 127 549 olub. Bəzi aylarda polis əməkdaşları 20 mindən çox şəxsi saxlayıb, 2025-ci ilin dekabrında isə bu göstərici təxminən 4 600 olub.

Almaniyanın bütün quru sərhədlərində yoxlamalar 2024-cü il sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamalar aparılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə yoxlamalar 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən etibarən davam edir.

Sərhəd yoxlamaları Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra – 2025-ci ilin mayında – daha da sərtləşdirilib. Həmin vaxtdan federal polisə, həssas qruplara aid şəxslər istisna olmaqla, sığınacaq axtaranların geri qaytarılması səlahiyyəti verilib.

Xəbər lenti

Xəbər lenti