...

"BYD" “Tesla”nı qabaqlamağa hazırlaşır

Dünya xəbərləri Materials 2 Yanvar 2026 11:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin avtomobil istehsalçısı "BYD" elektrik avtomobil bazarında satış həcmi üzrə dünya lideri ola bilər. Şirkət “Tesla”nı geridə qoymağa yaxınlaşır.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, "BYD"nin bu uğuru qlobal satışlarda əhəmiyyətli artımla bağlıdır.

Məlumata görə, "BYD"nin elektrikli avtomobil satışları sürətlə böyüyür və bu tendensiya davam edərsə, yaxın gələcəkdə satış həcminə görə "Tesla­"nı üstələyəcək.

Ekspertlər hesab edirlər ki, "Tesla" hələ də texnologiya və markalaşma baxımından güclü olsa da," BYD"nin artan satışları və müxtəlif bazarlara çıxışı bu rəqabətdə şirkəti daha güclü mövqeyə gətirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti