Bakı. Trend:
“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı ilin ilk məşqini buraxıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu məşq bazasına gəlsə də, qısa bir müddətdən sonra geri qayıdıb.
Yamalın ümumi narahatlıq səbəbindən məşqdə iştirak etmədiyi bildirilib. Amma onun yanvarın 3-də La Liqada “Espanyol”la keçiriləcək Kataloniya derbisində iştirak etmək şansının böyük olduğu vurğulanıb.
Qeyd edək ki, Yamal bu mövsüm 14 La Liqa oyununda 7 qol vurub və 7 qol ötürməsi edib.