...

"Bayer" "Mançester Siti"nin qapıçısı ilə maraqlanır

İdman Materials 2 Yanvar 2026 12:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mançester Siti”nin qolkiperi Stefan Orteqa karyerasını Almaniyada davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qapıçı “Bayer”in transfer siyahısındadır.

“Şəhərlilər”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan alman daha çox oynamaq şansı qazanmaq üçün "Leverkuzen" klubuna keçidə müsbət yanaşır.

O, karyerası ərzində “1860 Münhen” klubunda da forma geyinmiş Orteqa 2022-ci ildə “Arminiya”dan (Bilefeld) “Mançester Siti”yə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti