Bakı. Trend:
"PSJ"nin qış transfer dövrü ilə bağlı planları barədə məlumat yayılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi hazırkı heyət seçimindən tam razıdır. Buna görə də yanvar ayında transferlərin həyata keçirilməsi ehtimalı azdır.
Parislilər artıq yay transfer pəncərəsinin təməlini qoyurlar. Klubun maraq dairəsinə “Benfika”nın 17 yaşlı istedadları - hücumçu Anisiu Kabral və yarımmüdafiəçi Rafael Kintas daxil olub. Hər iki futbolçu yayda Fransa çempionunun heyətinə qoşula bilər.
Lakin "PSJ"ni ciddi rəqabət gözləyir. “Mançester Yunayted” və “Mançester Siti” də portuqaliyalıları yaxından izləyir.
