Bakı. Trend:
Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir.
Məlumata görə, Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.
