Bakı. Trend:
Entso Mareskanın istefasından sonra “Porto”nun baş məşqçisi Françesko Farioli “Çelsi”nin baş məşqçisi vəzifəsinə namizədlər arasındadır.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
36 yaşlı italyan mütəxəssis 2025-ci ilin yayından bəri “Porto”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Portuqaliya liqasında birinci yerdədir və ikinci sırada olan “Sportinq”dən beş xal irəlidədir.
Qeyd olunur ki, Farioli əvvəllər həmçinin “Ayaks” və “Nitsa” klublarını da çalışdırıb.
