...

Çinli alimlər tokamakda plazmanı sabit saxlamağın yeni üsulunu tətbiq edib

Dünya xəbərləri Materials 2 Yanvar 2026 04:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinli fiziklər ilk dəfə EAST (“Experimental Advanced Superconducting Tokamak”) tokamakında plazmanı qızdırmaq üçün yeni yanaşmanı həyata keçiriblər. Bu üsul plazmanı hətta elektronların çox yüksək sıxlığı zamanı belə sabit formada saxlamağa imkan verib.

Trend xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Alimlərin bildirdiyinə görə, bu yenilik plazmanın özünü dəstəkləyən və sabit termonüvə reaksiyalarını işə salmaq üçün lazım olan sıxlığa çatmasına imkan yaradır.

“Biz tokamaklarda plazma sıxlığını artırmaq üçün əsas maneələrdən biri olan həddi aşdıq. Başqa sözlə, plazma yanmasını dəstəkləyəcək yeni nəsil tokamakların və digər termonüvə qurğularının yaradılması üçün yol açdıq,” – Çin, Huacjun Elm və Texnologiya Universitetinin professoru Çju Pin bildirib.

Tokamaklar yüz milyonlarla dərəcə Selsiyə qədər qızdırılmış plazmanı nazik sap şəklində formalaşdıraraq saxlayan termonüvə reaktorlarıdır. Plazmanın yüksək sıxlığa malik olması reaktorların gücünü artırır və səmərəliliyini yüksəldir, çünki bu, hissəciklər arasında reaksiyaların ehtimalını artırır.

Gələcəkdə bu təşəbbüs termonüvə reaksiyalarından enerji hasil edə bilən reaktorların yaradılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti