...

Qambiyada miqrantları daşıyan gəmi batıb: ölənlər var

Dünya xəbərləri Materials 2 Yanvar 2026 13:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qambiyada Avropaya getmək istəyən miqrantları daşıyan gəmi Şimali Banka bölgəsindəki Jinack kəndi yaxınlığında batıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qambiya Müdafiə Nazirliyinin açıqlamasına görə, gəmi sahildə tapılıb.

İspaniyanın Kanar Adalarına doğru yola çıxan gəminin göyərtəsindəki 96 sərnişin xilas edilib. Boğularaq həyatını itirən 7 nəfərin meyiti tapılıb, xilas edilənlərdən 10-nun vəziyyətinin kritik olduğu bildirilib. İtkin düşən şəxslərin axtarışları davam etdirilir.

Rəsmi mənbələr, qurbanların bir qisminin Qambiya vətəndaşı olmadığını, onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesinin davam etdiyini qeyd edib.

Məlumata görə, Qərbi Afrikadan olan miqrantlar və qaçqınlar, Kanar Adaları üzərindən Avropa qitəsinə çatmaq üçün Qambiyanı bir çıxış nöqtəsi olaraq istifadə edirlər. Atlantik Okeanı üzərindən edilən bu yol, miqrantlar üçün ən təhlükəli marşrutlardan biridir.

Avropa İttifaqı son illərdə miqrasiyanı azaltmaq məqsədilə bir neçə Şimali Afrika ölkəsi ilə müqavilələr imzaladığından, miqrantlar daha uzun və təhlükəli olan Atlantik marşrutuna yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti