...

“Aston Villa” Braziliyanın “Qremio” klubundan Alissonu transfer edib

İdman Materials 2 Yanvar 2026 08:39 (UTC +04:00)
“Aston Villa” Braziliyanın “Qremio” klubundan Alissonu transfer edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Aston Villa” rəsmi saytında Braziliyanın “Qremio” klubundan hücumçu Alissonun transferini elan edib.

Trend xəbər verir ki, Transfermarkt 19 yaşlı futbolçunun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

“Aston Villa” braziliyalı gənc qanad oyunçusu Alissonun “Qremio”dan transferini məmnuniyyətlə elan edir.

Portu-Aleqri təmsilçisinin akademiyasının yetirməsi olan Alisson 2024-cü ilin iyul ayında əsas komandada debüt edib. O, ötən mövsüm Braziliya çempionatında 34 oyunda meydana çıxaraq “Qremio”nun əsas heyət üzvlərindən birinə çevrilib.

“Xoş gəlmisən, Alisson!”, – deyə klubun açıqlamasında bildirilir.

Xəbər lenti

Xəbər lenti