Bakı. Trend:
Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 2-si saat 14:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında sulu qar,
Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın,
Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy,
Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik,
İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran,
Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isə
yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir
Mingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23,
Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran
rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq
rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta
qeydə alınır.
Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi,
əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi
gözlənilir.
