Bakı. Trend:
Qış fasiləsində mövsümün ikinci hissəsinin hazırlıqlarını Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.
Trend xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşünü Qazaxıstan təmsilçisi “Kayrat”a qarşı keçirəcək.
Oyun yanvarın 9-u yerli vaxtla 19:00-da başlayacaq.
“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Bu qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb. Bakı klubu yanvarın 17-də Azərbaycana qayıdacaq.
