...

Azərbaycan yığması Pekin Paralimpiadasında ilk medalını qazanıb

Cəmiyyət Materials 7 Sentyabr 2008 19:52 (UTC +04:00)
Azərbaycan yığması Pekin Paralimpiadasında ilk medalını qazanıb

Azərbaycan, Bakı, 7 sentyabr / Trend / Azərbaycan yığması Pekindəki Paralimpiadada ilk medalını qazanıb. Millinin aktivinə bu medalı cüdoçü Ramin İbrahimov yazdırıb.

İbrahimov Rusiya və Ukrayna idmançılarına qalib gəldikdən sonra əlcazairli gülşçiyə məğlub olub.

Lakin bürünc mükafat uğrunda görüşdə idmançımız Böyük Britaniya təmsilçisinə qalib gələ bilib.

Digər cüdoçumuz İlkin Alışov isə yeddinci yerlə kifayətlənməli olub. Halbuki o da birinci görüşü qələbə ilə başa vurmuşdur. Lakin növbəti görüşdə o əlcazairli Sidali Lamriyə məğlub olub.

Xəbər lenti

Xəbər lenti