...

Azərbaycanın Şəki şəhərində atçılıq idman növü üzrə yarış keçirilir

Cəmiyyət Materials 9 Sentyabr 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın Şəki şəhərində atçılıq idman növü üzrə yarış keçirilir. Bu barədə Trend -a Azərbaycan Atçılıq Mərkəzinin direktoru Rafiq Ramazanov məlumat verib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirin qalibi sonda 500 manat mükafat qazanacaq. İkinci və üçüncü yerləri tutan idmançılara isə hədiyyələr, diplomlar təqdim olunacaq.

Şəki Azərbaycanın şimal-qərbində, paytaxt Bakıdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti