...

Futbol üzrə Türkiyə yığma komandası Ermənistanı böyük hesabla məğlub edib

Cəmiyyət Materials 10 Sentyabr 2008 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Ergün/ Türkiyənin futbol üzrə gənclərdən ibarət yığma komandası (U-21) İstanbulun "Ali Sami Yen" stadionunda keçirilən oyunda Ermənistan millisini böyük hesabla məğlub edib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda türkiyəli futbol fanatları Ermənistanın dövlət himni səsləndirilərkən, "ayağa qalxmayan erməni olsun" deyərək, hər kəsi dövlət himnini ayaq üstə dinləməyə dəvət ediblər.

Meydan sahiblərinin 4:0 hesabı ilə qələbə qazandığı görüşü Türkiyənin əsas yığma komandasının baş məşqçisi Fatih Terim də stadiondan izləyib.

Bir müddət əvvəl Ermənistanda keçirilən birinci oyunda Türkiyənin gənclər yığması 1:2 hesabı ilə məğlub olmuşdu.

DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Yerevanda keçirilən, əsas yığma komandaların qarşılaşmasında isə Türkiyə futbolçuları 2:0 hesabı ilə qələbə qazanmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti