...

Paralimpiadada iştirak edən azərbaycanlı atlet bürünc medal qazanıb

Cəmiyyət Materials 15 Sentyabr 2008 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı atlet Rza Osmanov Çinin Pekin şəhərində keçirilən Paralimpiadada bürünc medal qazanıb.

Osmanov bürünc medalı rəqibi olan Çin idmançısının cəzalanmasından sonra əldə edib. 400 metr məsafəyə qaçışda Osmanov 4-cü yeri tutsa da, 3-cü olan çinli atletin yarışın qaydalarını pozmasından sonra o, bürünc medalı qazanıb.

Hazırda Paralimpiadada iştirak edən Azərbaycan idmançılarının hesabında səkkiz medal var. Bunlardan biri qızıl, üçü gümüş, dördü isə bürüncdür.

Azərbaycan Paralimpiadada medal qazanan 65 ölkə arasında 40-cı yeri tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti