...

Azərbaycanın daha bir atleti Paralimpiadada bürünc medal qazanıb

Cəmiyyət Materials 16 Sentyabr 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir R.Ergün/Azərbaycanlı atlet Vüqar Mehdiyev Çinin Pekin şəhərində keçirilən Paralimpiadada bürünc medal qazanıb. Bu, Azərbaycan yığmasının hesabına yazılan sayca 10 -cu medal olub.

Mehdiyev 200 metr məsafəyə qaçışda üçüncü yeri tutub.

Paralimpiadada iştirak edən azərbaycanlı idmançıların qazandıqları medallardan ikisi qızıl, üçü gümüş, beşi isə bürüncdür.

Mehdiyevin uğurlu çıxışından sonra Azərbaycan medal qazanan 68 ölkə arasında 37-ci yerdədir.

Azərbaycan yığmasının heyətində medal qazanan 10 idmançıdan yeddisi atlet, üçü cüdoçudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti