...

Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropa kubokunda mükafatlar uğrunda mübarizə aparacaq – federasiya prezidenti

Cəmiyyət Materials 17 Sentyabr 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir R.Ergün/ Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Bakıda keçiriləcək Avropa kubokunda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaq.

"Əsas məqsədimiz yüksək yerlərdən birini tutmaqdır. İnanıram ki, komandamızın uğurlu çıxış etməsi sayəsində bu istəyimizi həyata keçirə biləcəyik", çərşənbə günü keçirilən mətbuat konfransında Azərbaycan Çimərlik Futbol Federasiyasının (AÇFF) prezidenti Fərid Novruzi deyib.

Çimərlik futbolu üzrə Avropa kubokunun oyunları sentyabrın 18-dən 21-dək Bakıdakı min nəfərlik stadionda keçiriləcək.

Azərbaycan yığması yarışda ilk oyununu sentyabrın 19-da İngiltərəyə qarşı keçirəcək.

Mətbuat konfransında iştirak edən Azərbaycan yığmasının braziliyalı baş məşqçisi Enrike Qustavo Silva isə, İngiltərə ilə görüşdə qələbə qazanmaq istəyində olduqlarını deyib.

"İngilislərlə oyunda qələbə qazanaraq, azarkeşlərimizi sevindirəcəyimizə inanıram. Azərbaycanın rəqabətə davamlı, güclü yığma komandası var", - deyə baş məşqçi əlavə edib.

Avropa kubokunda Azərbaycanla yanaşı, İtaliya, İspaniya, İngiltərə, Norveç və İsveçrə komandaları mübarizə aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti