Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) İspaniyanın məşhur "Real" klubunun yeniyetmələrdən ibarət komandası ilə görüşdə qələbə qazanıb.
Azərbaycan yığmasının 3:2 hesabı ilə qələbə qazandığı oyunda rəqib qapısından topları Araz Abdullayev, Mirhüseyn Seyidov və Murad Qurbanov keçiriblər.
"Real" klubunun nəzdindəki komanda ilə görüşdən sonra Azərbaycan yığmasının üzvləri "Santyaqo Bernabeu" stadionunda Çempionlar Liqası çərçivəsində keçirilən "Real" - BATE qarşılaşmasını izləyiblər.
Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Bernard Lippertdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]