...

Azərbaycanın "Neftçi" futbol klubunun kapitanı bu gün Almaniyaya yola düşəcək

Cəmiyyət Materials 23 Sentyabr 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun kapitanı Zaur Tağızadə bu gün müayinə olunmaq üçün Almaniyaya yola düşəcək. Bu barədə Trend -a "Neftçi" klubunun mətbuat xidməti məlumat verib.

Tağızadə zədəli olduğu üçün uzun müddətdir ki, "Neftçi"nin oyunlarında iştirak edə bilmir. Azərbaycan yığma komandasının da üzvü olan yarımmüdafiəçi zədəyəmeylli futbolçu kimi tanınır.

Hazırda hesabında beş xal olan "Neftçi" Azərbaycan Premyer-Liqasında keçirdiyi beş oyundan sonra 10-cu pillədədir.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti