...

Qətldə təqsirləndirilən ABU-nun tələbəsinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 23 Sentyabr 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Qəsdən adamöldürmədə ittiham olunan Azərbaycan Beynəlxalq Universitetin (ABU) hüquq fakültəsinin 4-cü kurs tələbəsi Şəmsi Quliyevin məhkəməsi başlayıb.

Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ehtiram Baxşəliyev ittiham aktını elan edib.

İstintaq materiallarına görə, Masallı rayonunun Həsənli kənd sakini, ABU-nun tələbəsi Quliyev bu il mayın 28-də dayısı oğlu Valid Babayevi qətlə yetirib.

Rusiyada yaşayan Babayev bu il mayın əvvəlində evlənmək məqsədilə Bakıya gəlib.

Mayın 14-də Quliyevin bacısı Humayı qaçırıb. Qızın valideynləri bir neçə gün sonra övladlarını geri alıblar.

Şəmsi Quliyevin dayısı oğlunu öldürməsinə də bu səbəb olub.

Məhkəmədə ifadə verən Quliyev özünü elan olunan ittihamda tıəqsirli bilib.

Növbəti məhkəmə prosesi oktyabrın 2-də şahid ifadələri ilə davam etdiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti