...

Bu gün Azərbaycanın iki futbol hakiminin cəzası məlum olacaq

Cəmiyyət Materials 24 Sentyabr 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir R.Ergün/ Bu gün futbol üzrə Azərbaycan Premyer-Liqasının son turunun oyunlarını idarə edərkən səhvə yol vermiş hakimlərə hansı cəzaların tətbiq ediləcəyi məlum olacaq. Bu barədə Trend -a AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.

Komitə sədri bildirib ki, son turda iki yan xətt hakimi ї İlham Əliyev və Aydın Ələkbərov kobud səvlərə yol veriblər.

"Hər iki laysmanın cəzalanacağı gözlənilir. Həm Əliyev, həm də Ələkbərov idarə etdikləri oyunlarda kobud səhvlərə yol veriblər. Buna görə də hər ikisinin cəzalandırılacağını demək olar", - Məmmədov deyib.

Ələkbərov "Bakı" - "Karvan", Əliyev isə "Qəbələ" - "Qarabağ" oyununda yan xətt hakimi kimi iştirak edib.

Məmmədov deyib ki, hakimlərə hansı cəzaların tətbiq olunacağı mətbuata açıqlanmayacaq.

"Bu barədə mətbuata məlumat verməyəcəyik. Axı nəyə görə mətbuat FİFA laysmanının hansı cəzaya məruz qaldığını bilməlidir?", - deyə HK sədr əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti