...

Azərbaycanlı gimnast dünya kubokunda bürünc medal qazanıb

Cəmiyyət Materials 6 Oktyabr 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir R.Ergün / İspaniyanın Benidorm şəhərində keçirilən bədii gimnastika üzrə dünya kubokunun final mərhələsinə yekun vurulub.

Milli komandamızın lideri Aliyə Qarayeva bu nüfuzlu yarışı bir bürünc medalla başa vurub. Təmsilçimiz iplə proqramın ifasına görə hakimlərdən 18,075 xal alaraq, üçüncü yeri tutub. Bununla belə, Qarayeva olimpiya çempionu Yevgeniya Kanayeva, Natalya Qodunko (hər ikisi Rusiya), Anna Bessonova (Ukrayna) və Aliyə Yusupova (Qazaxıstan) kimi tanınmış gimnastları arxada qoyub. İdmançımız halqa, gürz və lentlə hərəkətlərdə isə 6-cı olub. Dünya kubokunun final mərhələsində ən güclü 8 gimnast mübarizə aparıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti