Azərbaycan, Bakı, 07 oktyabr / Trend / müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 yaşlı qızlardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda məğlub olub.
İlk oyununu İtaliya yığmasına qarşı keçirən Azərbaycan komandası 1:3 hesabı ilə məğlub olub.
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin olduğu qrupun oyunları İtaliyada keçirilir. Qrupun digər komandaları Fransa və İslandiyadır.
Azərbaycan yığması növbəti oyununu sentyabrın 9 -da Fransa millisinə qarşı keçirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]