Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol komandası Türkiyədə keçirdiyi növbəti yoxlama oyununda qələbə qazanıb. Bu barədə Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat verib.
"Azərreyl" Türkiyənin "Bursa Nilufer Belediyyesi" klubu ilə görüşərək, 3:0 hesabı ilə qələbə qazanıb. Bu, azərbaycanlı voleybolçuların Türkiyə komandası ilə üçüncü görüşü olub.
Azərbaycan klubu "Bursa Nilufer Belediyyesi" ilə əvvəlki oyunların birində məğlub olaraq (2:3), digərində qələbə qazanıb (3:0).
"Azərreyl"in baş məşqçisi Faiq Qarayevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]