...

Futbol üzrə Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində geriləyib

Cəmiyyət Materials 8 Oktyabr 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası FİFA-nın milli komandalar üçün açıqladığı reytinq cədvəlində beş pillə geriləyib.

Ötən ayla müqayisədə beş pillə geriləyən Azərbaycan yığması 191 xalla 143-cü pillədə yer alıb.

FİFA yığma komandaların reytinq cədvəlini hər ay açıqlayır.

Azərbaycan millisi sentyabr ayında Uelslə oyunda məğlub olaraq (0:1), Bakıda Lixtenşteynlə heç-heçə (0:0) edib.

Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Azərbaycan komandası üç gündən sonra DÇ-2010-un seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya yığması ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti