...

Futbol üzrə Azərbaycan yığması yoldaşlıq oyununda qələbə qazanıb

Cəmiyyət Materials 16 Oktyabr 2008 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası Bəhreynlə yoldaşlıq oyununda 2:1 hesabı ilə qələbə qazanıb.

Bəhreynin Manama şəhərindəki "National" stadionunda keçirilən oyunda ilk qolu meydan sahibləri vurub. Azərbaycan yığması Zeynal Zeynalovun qolu ilə hesabı bərabərləşdirib. Elvin Məmmədovun vurduğu qol isə Azərbaycan millisinə 2:1 hesablı qələbə qazandırıb.

Azərbaycan yığması Bəhreynlə oyundan bir neçə gün əvvəl - oktyabrın 11-də DÇ-2010-un seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya ilə görüşərək, 0:1 hesabı ilə məğlub olub.

Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti